"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (4/2016) sayı nəşr olunub. Jurnalın bu sayında:
* “Seçilmişlər” rubrikasında – Joze Saramaqonun Nobel nitqi və “Kentavr” hekayəsi;
* “Azərbaycan ədəbiyyatı” rubrikasında Elçinin “Baş” romanının davamı;
* “Yubiley” rubrikasında Afaq Məsudun Ramiz Rövşənə həsr olunmuş “Ədəbiyyat və onun adamları” məqaləsi və şairin şeirləri;
* “Hekayə” rubrikasında Avqust Strindberqin “Məhəbbət və çörək”, Pavel Vejinovun “Mənim ilk günüm” əsərləri;
* “Gündəlik” rubrikasında Valter Skottun gündəliklərindən seçmələr;
* “Dublin mükafatı laureatları” rubrikasında Alister Makleodun “Qayıq” hekayəsi;
* “Rus nəsri” rubrikasında Leonid Andreyevin hekayələri;
* “Esse” rubrikasında Con Faulzun “Aristos” silsiləsi;
* “İntibah” rubrikasında Rotterdamlı Erazmusun deklamasiyası;
* “Çağdaş Norveç ədəbiyyatı” rubrikasında Yusteyn Qorderin “Portağal qız” romanından parça;
* “Korifeylər” rubrikasında İvo Andriçin hekayələri;
* Əbəbi mozaika
və digər maraqlı yazılar yer alır.