“Xəzər”in oxucuları jurnalın bu sayında:
“Nobel kürsüsü” rubrikasında – Peter Handkenin “Onbirmetrlik zərbədən qorxan qapıçı” romanından parça;
“Azərbaycan ədəbiyyatı” rubrikasında – Rafiq Tağının “Fərqanə” hekayəsi;
“Fransız nəsri” rubrikasında – Jan Brüller Verkorun hekayələri;
“Alman nəsri” rubrikasında – Ziqfrid Lentsin hekayələri;
“İlahi keçid” rubrikasında – “Tövrat”dan tərcümə;
“Hekayə” rubrikasında – Süqoro Yamamotonun “Məhəlləmizdən tramvay keçir” və Xose Eduardu Aqualuzanın “Manqo ağacının kölgəsi” hekayələri;
“Polşa hekayəsi” rubrikasında – Marek Xlaskonun “Pəncərə” hekayəsi;
“Avropa poeziyası” rubrikasında – Salvatore Kvazimodonun şeirləri;
“Yazıçı mətbəxi” rubrikasında – Milan Kunderanın “Roman sənəti” əsəri;
“Yaddaş” rubrikasında – Mişel Hoanqın “Çingiz xan” əsərı;
“Memuar” rubrikasında – Salvador Dali və Valeri İvanov-Taqanskinin xatirələri;
“Kino” rubrikasında – Sergey Eyzenşteynin “Ekran əsəri və montaj xəttinin əsasları” yazısı;
“Teatr” rubrikasında – Vsevolod Meyerholdun “Teatrın tarixi və texnikası haqqında” yazısı;
“Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikasında – Tuve Yansonun “Gözəgörünməz uşaq” hekayəsi ilə tanış ola biləcəklər.