“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb
6 İyul 2019 xezer_2_2019_manshet

 

“Xəzər”in oxucuları jurnalın bu sayında:

 

“Nobel kürsüsü”  rubrikasında –  Varqas Lyosanın Nobel nitqi və “Palomino Moleronu kim öldürüb” romanı;

“Azərbaycan ədəbiyyatı” rubrikasında  – İsi Məlikzadənin “Talisman” hekayəsi;

“Yubiley: A.S.Puşkin-220”  rubrikasında  – Puşkinin “Qraf Nulin” poeması;

“Rus ədəbiyyatı” rubrikasında  – Anton Çexovun  “Çöl” hekayəsi;

“İlahi keçid” rubrikasında  –  “Tövrat”dan tərcümə;

“Avropa poeziyası” rubrikasında  –  Tadeuş  Rujeviçin şeirləri;

“Debüt” rubrikasında  –   Corc Oruelin “Mən niyə yazıram”  essesi;

“Buker mükafatı laureatları” rubrikasında  – İsmail Kadarenin  hekayələri;

“Hekayə” rubrikasında  – Mario Benedettinin  və Roald Dahlın hekayələri;

“Memuar” rubrikasında  – Marqaret Selincerin “Xəyallarda uçurumdan qoruyan: atam C.D.Selincer” əsəri;

“Yaddaş” rubrikasında  –  Plano Karpininin “Moğolustan səyahətnaməsi” tarixi əsəri;

“Kino” rubrikasında  – Federiko Fellini ilə kino tənqidçisi Covanni Qratsisininin söhbəti;

“Teatr” rubrikasında  – G.A.Tovstonoqovun “Səhnənin güzgüsü” əsərindən parçalar;

“Dünya uşaq ədəbiyyatı  kitabxanası” rubrikasında  – Canni Rodarinin “Yatmaq istəyən robot”  nağılı ilə tanış ola biləcəklər.