“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı nəşr olunub.
Jurnalın bu sayında:
* “Nobel kürsüsü” rubrikasında – Andre Jidin “Pastoral simfoniya” əsəri;
* “Yubiley” rubrikasında – Nəriman Əbdülrəhmanlının “Səsindən yıxılan” hekayəsi;
* “Poeziya” rubrikasında – Migel Ernandesin şeirləri;
* “Memuar” rubrikasında – Konstantin Paustovskinin “Ədəbi portretlər”i;
* “Korifeylər” rubrikasında – Heynrix Böllün “Kişisiz ev” romanının ardı;
* “Gürcü ədəbiyyatı” rubrikasında – Bağater Arabullinin şeirləri;
* “Yaddaş” rubrikasında – Vasili Radilovun “Sibirdən” məqaləsi;
* “Danimarka nəsri” rubrikasında – H. Branner, H. Herdal, K. Soyanın hekayələri;
* “Türk dünyası” rubrikasında – Lalə Müldür, Heydər Ərgülən, Nevzat Çelik, Kiçik İskəndərin şeirləri;
* “Hekayə” rubrikasında – Zeydi Smitin “Kamboca səfirliyi”, Tuve Yanssonun “Boz ipək”, “Gimnastika müəlliminin ölümü” hekayələri;
* “Rumın poeziyası” rubrikasında – Nikita Steneskunun şeirləri;
* “Klassik rus nəsri” rubrikasında – Nikolay Leskovun “Mtsenki qəzasının ledi Maqbeti” povesti;
* “Unutsaq – unudularıq” rubrikasında – Pater Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” romanının ardı;
* “Teatr” rubrikasında – Jan Anuyun “Yüksüz sərnişin” pyesi kimi əsərlər yer alıb.