Teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejissoru, pedaqoq Georgi Tovstonoqovun Azərbaycan dilinə tərcümə edilmiş məqalələrinin toplandığı “Səhnə güzgüsü” kitabı (ADTM) nəşr olunub.
Müəllifin “Stanislavski dövrü”, “Klassika haqqında düşüncələr”, “İdeyanın gerçəkləşdirilməsi”, “Yeni fikirlər axtarışında”, “İncəsənətdə vətəndaşlıq mövqeyi haqqında” və digər başlıqlı məqalələrinin toplandığı kitabda rejissorluq və aktyorluq peşəsinin incəlikləri, sənət dünyasının gizli qatlarında cərəyan edən proseslər dərin təhlil və araşdırmalarla izah edilir.
Əsərlərin tərcümə müəllifi Bəhlul Abbasov, redaktoru Nəriman Əbdülrəhmanlıdır.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Georgi Aleksandroviç Tovstonoqov
(1915–1989)
Kitabı aşağıdakı mağazalardan əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Azərkitab”
Prezident Aparatının Kitab evi
Azərbaycan Dillər Universitetinin satış köşkü
“Pero” kitab mağazası
“Oxumalı” kitab evi
“Lider” kitab evi