Tomas Eliotun əsərləri “Açıq kitab”da
19 Mart 2024 Manshet

XX əsr ingilis ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq, ədəbi tənqidçi, Nobel mükafatı laureatı Tomas Sternz Eliotun Nobel nitqi, “Kilsədə qətl”, “Ailənin yenidən qovuşması”, “Kokteyl qonaqlığı”, “Etibarlı məmur” dram əsərləri, “Kül çərşənbəsi”, “İnsaniyyət”, “Müqəddimə”, “Balaca Qiddinq”, “Helen xala”, “Su ölümü”, “Od moizəsi” və digər şeirləri “Açıq kitab” ödənişsiz elektron portalına yüklənildi.

Kitabxana izləyiciləri portalın “Dünya ədəbiyyatı” bölümünün “Avropa ədəbiyyatı” rəfinə daxil olaraq əsərlərdən ödənişsiz yararlana bilərlər.

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.