Tərcümə Mərkəzinin yeni nəşri – Uilyam Somerset Moemin “Teatr (Seçilmiş əsərləri)” kitabı işıq üzü gördü
3 Noyabr 2016 img_5829.jpg_581b1e208c869

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – dünya şöhrətli ingilis yazıçısı Uilyam Somerset Moemin Azərbaycan dilinə tərcümə edilmiş “Teatr (Seçilmiş əsərləri)” kitabı işıq üzü görüb.

Kitaba yazıçının məşhur “Teatr” romanı, pyes və novellaları daxil edilib.

Əsərləri Azərbaycan dilinə yazıçı-tərcüməçi Yaşar çevirib. Nəşrin redaktoru Güldəstə Nəsibdir.

Əsərin elektron versiyası yaxın günlərdə Mərkəzin “Açıq kitab” elektron kitabxanasının oxucularına təqdim olunacaq.