Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – Azərbaycanəsilli çağdaş türk yazıçısı, tanınmış dövlət xadimi Səməd Ağaoğlunun “Atamın dostları” kitabı işıq üzü görüb.
XX əsrin ilk onilliklərində Azərbaycan və Türkiyə fikir müstəvisinə xüsusi təsir göstərmiş Əhməd Ağaoğlu (1869-1939) və onunla birgə yeni Türkiyə Cümhuriyyəti uğrunda mübarizəyə qalxmış görkəmli şəxsiyyətlərin portret cizgilərini əks etdirən bu irihəcmli memuarlar toplusu tarixçilər, politoloqlar, Türkiyə-Azərbaycan münasibətlərinin keçmişini və bu gününü araşdıran mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın Azərbaycan dilinə tərcüməçi və tərtibçisi filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Güldəstə Nəsibdir.