Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İngiltərə Nümayəndəliyinin rəhbəri, filologiya elmləri doktoru Anne Tompson Tərcümə Mərkəzində olub.
Görüş zamanı Azərbaycan ədəbiyyatının İngiltərədə davamlı şəkildə tanıdılması və təbliği istiqamətində həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələr müzakirə edilib.
2020-ci ildə Londonda nəşrə hazırlanan orta nəsil ədəbiyyatı nümunələri ilə yanaşı, gənc ədiblərin kitablarının da ingilis ədəbi ictimaiyyətinə çatdırılması istiqamətində vacib bilinən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.