Dövlət Tərcümə Mərkəzi ilə Argentinanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilmiş “Tanqo rəqsi – azadlıq yanğısı” (Rodolfo Dinsel) kitabı işıq üzü görüb.
Kitabda tanqo rəqsinin tarixi, mahiyyəti, fəlsəfəsi, estetika və texnikası barədə geniş və müfəssəl bilgilər yer alır.
Əsər Argentina Respublikasının Xarici İşlər və etiqad Nazirliyinin dəstəyi ilə tərcümə və nəşr edilib.
Kitab mənbəşünaslar, xoreoqrafiya üzrə mütəxəssislər, eləcə də, mədəniyyət fenomeni kimi rəqs tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.