Tərcümə Mərkəzi sertifikatları sahiblərinə təqdim etdi
27 Dekabr 2019 sertificat_manshet

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdiril­məsi, dillər və sahələr üzrə peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi növbəti Seçim Turlarını başa çatdırıb. Turlardan müvafiq sahələr və dillər üzrə uğurla keçmiş tərcüməçilərə sertifikatlar təqdim olunub.

Sertifikatların təqdimat mərasimində çıxış edən Seçim Turlarının rəhbəri, Mərkəzin İdarə Heyətinin sədr müavini Vilayət Hacıyev ərsəyə gətirilən işin ölkənin dil və tərcümə sahəsinin inkişafına öz töhfəsini verəcəyini, strateji əhəmiyyət daşıyan bu prosesdə qismən də olsa, müəyyən nizam yaradacağını bildirib.

2019-cu ilin IV rübü üzrə Mərkəzin sertifikatına layiq görülmüş tərcüməçilərin siyahısı:

  1. Əli Şükrü – (Azərbaycan-ingilis, fars-Azərbaycan-fars) iqtisadiyyat sahəsi üzrə;
  2. Qumru Eyvazova – (rus-ingilis) ictimai-siyasi sahələr üzrə;
  3. Fikrət Kazımov – (Azərbaycan-rus) ictimai-siyasi sahələr üzrə;
  4. Vəfa Aşırova – (rus-Azərbaycan-rus) tibb sahəsi üzrə;
  5. İmanyar Quliyev – (türk-Azərbaycan) ictimai-siyasi sahələr üzrə;
  6. Qubad Cəbrayılov – (türk-Azərbaycan-türk) hüquq sahəsi üzrə;
  7.    ZaurBəndəliyev – (Azərbaycan-alman-Azərbaycan) ictimai-siyasi sahələr üzrə.