Tanınmış tərcüməçilər mükafatlandırıldı
24 İyun 2020 manshet

 

Bu il, ömürlərini milli oxucunun dünyagörüşünün zənginləşməsinə, mütaliə zövqünün formalaşmasına həsr etmiş, uzun illər bu sahədə çalışaraq neçə-neçə dünya ədəbiyyatı və elminə dair nadir əsərlərin orijinaldan tərcüməsini ərsəyə gətirmiş tanınmış tərcüməçilər – Vilayət HacıyevVaqif Aslanın 70 yaşı tamam olur. Bu münasibətlə, eyni zamanda tərcümə sənətinə verdikləri xüsusi töhfələrə və xidmətlərinə görə hər iki sənətkar Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təsis etdiyi Xüsusi Fəxri Diplomadöş nişanına layiq görülüblər. 

 

 

 

Vilayət Hacıyev

– 1950-ci il aprelin 1-də Qazax rayonunun Sofulu kəndində anadan olub;

– 1966-cı ildə Qazax şəhərinin 1 saylı orta məktəbini bitirib, həmin ildə M.F.Axundov adına APDİ-nin alman dili fakültəsinə daxil olub;

 1971–1972-ci illərdə Daşkəsən rayonunda alman dili müəllimi işləyib;

 1973–2015-ci illərdə Azərbaycan Dillər Univesitetində müəllim, Tərcümə fakültəsinin dekanı vəzifələrində çalışıb;

– filologiya üzrə fəlsəfə doktoru, dosentdir;

– hazırda Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə heyətinin sədr müavini vəzifəsində çalışır;

– Erix Maria Remark, Herman Hesse, Lion Feyxtvanqer, Frans Kafka, Ziqfrid Lents, Haynrix Böll, Ştefan Svayq, Ziqfrid Lents, Daniel Kehlman kimi məşhur alman yazıçılarının əsərlərini alman dilindən dilimizə çevirib.

Vaqif Aslan

– 1950-ci il iyulun 5-də Şəki rayonunun Kiş kəndində doğulub; 

– 1968–1973-cü illərdə Azərbaycan Xarici Dillər İnstitutunun “Fransız və Azərbaycan dilləri” fakültəsində təhsil alıb;

– 1973–1993-cü illərdə Şəkinin Kiş orta məktəbində fransız dilindən dərs deyib;

– 1995-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Azərbaycan ədəbiyyatı tarixi”, “Türk xalqları ədəbiyyatı”, “Azərbaycan ədəbi tənqid tarixi” və “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” fənlərindən dərs deyir;

– dünyaca məşhur fransız yazarları Pol VerlenÖjen DabiErve Bazenin əsərlərini, XVII əsr səyyahı, memuarçı Jan Batist Şardənin Səyahətnaməsini (1711-ci il Amsterdam nəşri), fransız tarixçi-etnoqrafı Jermen Giyomun əsərlərini fransız dilindən Azərbaycan dilinə tərcümə edib.

Ondan çox poetik toplu, tərcümə əsəri, 100-ə yaxın məqalə müəllifidir.