Tanınmış Meksika yazıçısı Tərcümə Mərkəzində
25 Noyabr 2019 meksika_sefir_manshet

 

Noyabrın 25-də tanınmış Meksika yazıçısı David Toskana və Meksikanın Azərbaycandakı səlahiyyətli səfiri, cənab  Xuan Rodriqo Labardini Flores Tərcümə Mərkəzində olublar. Görüş zamanı yazıçının yaradıcılığı, 2012-ci ildə nəşr olunmuş “Sonuncu oxucu” əsəri ətrafında fikir mübadiləsi aparılıb, bir çox dünya dillərinə çevrilmiş əsərin Azərbaycanda tanıdılması məqsədilə tərcüməsi və nəşri, eləcə də Meksika–Azərbaycan ədəbi-mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində perspektiv layihə müzakirə edilib.

David Toskana:

1961-ci ildə Monterrey şəhərində anadan olub;

“Tula stansiyası” (1995), “Sirkin müqəddəs Məryəmi” (1998), “Lontananza” (1997), “Migel Pruneda acısı” (2002), “Sonuncu oxucu” (2005), “Parlaq ordu” (2006), “Königsberg körpüləri” (2009), “Şeytan aparan şəhər” (2012), “Evanxelia” (2016),“Oleqaroy” (2017) kimi romanların müəllifidir;

“Sonuncu oxucu” romanı İspaniyanın Antonin Artaud və Xose Fuentes Maresmükafatlarına layiq görülüb;

 “Parlaq ordu” əsəri Amerika Evinin Xose Mariya Arqedas mükafatını, “Oleqaroy” əsəri Elena Poniatovska adına Latın Amerikası mükafatını qazanıb; əsərləri dünyanın on dörd dilinə tərcümə olunub.