Sertifikatlar sahiblərinə təqdim olundu
1 İyul 2024 Manşet

Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, tibb, neft-qaz və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

Sertifikatların təqdimat mərasimində Mərkəzin beynəlxalq əlaqələr və tərcümə işinin təşkili idarəsinin rəisi Fərid Camalov, tərcümə işinin təşkili şöbəsinin müdirı Nəzakət Ağayeva, marketinq və yayım şöbəsinin müdiri Kəmalə Ələkbərova Seçim Turlarının məqsədləri barədə danışaraq imtahan mərhələlərindən uğurla keçmiş və Mərkəzin sertifikatlarına layiq görülmüş mütəxəssisləri təbrik ediblər. Qeyd edək ki, tərcüməçilərə dair məlumatlar Mərkəzin rəsmi məlumat bazasına (reyestrə) yerləşdiriləcək.

 

Turlarda Dövlət Tərcümə Mərkəzinin sertifikatlarını qazanmış mütəxəssislər:

 

 

1İmaməliyeva Sevinc – ictimai- siyasi (ingilis – Azərbaycan);
2Kərimova Xumar– tibb (ingilis –Azərbaycan; ingilis – rus);
3Həsənli Səyyarə– ictimai- siyasi  (ingilis -rus - ingilis);
4Səfərli Aysel– neft-qaz  (ingilis-Azərbaycan -ingilis);
5İmanova Nigar– ictimai- siyasi (ingilis – Azərbaycan);
6Hüseynli Fatimə– ictimai- siyasi (ingilis – Azərbaycan);
7Yunusova Aynur– ictimai- siyasi (ingilis – Azərbaycan–ingilis);
8Əhmədova Türkan– ictimai- siyasi (ingilis – Azərbaycan–ingilis);
9Alməmmədov Şükür– hüquq  (türk - Azərbaycan);
10Kərimova Xumar– tibb (rus - Azərbaycan – rus);
11Qəhrəmanova Sevil– ictimai- siyasi (fransız – Azərbaycan–fransız);
12Salah Alsu– media (fransız – rus; ingilis-rus);
13Əhmədli Türkan– ictimai-siyasi (italyan – Azərbaycan – italyan);
14Rzayeva Nəzrin– ictimai-siyasi (Azərbaycan – italyan).