Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşrləri seriyasından “Serbcə-Azərbaycanca lüğət” kitabı işıq üzü görüb. 7000 sözdən ibarət kitabda lüğətdən istifadə qaydaları, əlifba haqqında bilgilər, eynimənalı ortaq işlək sözlərin qısa sıyahısı və hər iki ölkənin əlamətdar günləri barədə məlumatlar yer alıb.
Kitab serb və Azərbaycan dillərini öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Lüğətin tərtibçisi Aynur M. Qarayevadır. Nəşrin redaktorları yazıçı-tənqidçi Yasmina Mixayloviç və akademik Kamal Abdulladır.