Selincerin “Seçilmiş əsərləri” nəşr olundu
18 Oktyabr 2023 Manshet

150 cildlik “Dünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından növbəti nəşr – dünya şöhrətli Amerika yazıçısı Cerom Devid Selincerin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Yazıçının “Yalnız özümçün yazıram...” başlıqlı müsahibəsi ilə başlayan kitaba “Çovdarlıqda uçurumdan qoruyan” romanı, “Qarşılıqlı razılaşma”, “Eddi ilә görüş”, “Yeniyetmәlәr”, “Eleyn”, “Çәllәkdә siyәnәklәr”, “Yad adam”, “Lәnәtә gәlmiş qırx birinci il”, “Domye-Smitin mavi mövsümü”, “Teddi” kimi məşhur hekayələri və qızı Marqaret Selincerin atası haqqında yazdığı “Xәyallarda uçurumdan qoruyan” memuarı daxil edilib.

Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Tehran Vәliyev, Nəriman Əbdülrəhmanlı və Rәbiqә Nazimqızıdır.  

 

Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:

 

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Baku Book Centre”

“Çıraq” kitab evi

Prezident Kitabxanası

 

Azərbaycan Dillər Universitetinin satış köşkü