Sara Nəzirlinin hekayəsi Serbiya mətbuatında
11 Avqust 2020 manshet

Serbiyanın populyar “Enxeduana” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin  “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Sara Nəzirlinin serb dilinə tərcümə olunmuş “Köhnə kişi” əsərinin yayınına başlayıb. Hekayə yazıçı, onun yaradıcılığı haqqında məlumatla təqdim edilir. 

Əsəri serb dilinə tanınmış Serbiya tərcüməçisi Aleksandr Yovanoviç çevirib.

Qeyd edək ki, “Enxeduana” jurnalı mütəmadi olaraq öz səhifələrində Xorxe Luis Borxes, İvo Andriç, Haruki Murakami, Yelena Dimitriyeviç, Milorad Paviç, Riçard Berenqarten kimi dünya şöhrətli yazarların əsərlərinə yer ayırır.

Keçid linki:

https://issuu.com/udruzenje.alia.mundi/

https://enheduana.wixsite.com/enheduana/