Salam Sarvan Gürcüstan ədəbiyyat portalında
2 May 2020 salam_manshet

 

Gürcüstanın populyar arilimag.ge elektron ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində, tanınmış Azərbaycan şairi Salam Sarvanın gürcü dilinə tərcümə edilmiş  “Cığır”,  “Xətlər”,  “Kənd və qənd”,  “Soyuducunun səsi”, “Tramvaylar kimi”,  “And”, “Darıxmağa dəyməz”, “Körpü”, “Sevgi”, “Kişi”, “Kəndirbaz”,  “Unudulmuş”,  “Həyat”,  “Bir səhər”,  “Gediş”,  “Yaşayış”, “Şəkil və fon”, “Baxış” kimi şeirlərinə yer ayırıb.

Şeirləri gürcü dilinə İmir Məmmədli tərcümə edib.
2008-ci ildən fəaliyyətə başlayan portal mütəmadi olaraq səhifələrində Qustav Flober, Tomas Eliot, Alber Kamyu, İosif Brodski,  Mario Varqas Lyosa, Zbiqnev Herbert, Magda Novakovski, Silviya Plat kimi dünya ədəbiyyatı yazarlarının əsərlərini yayınlayır.

 

Keçid linkləri:

http://arilimag.ge/

http://arilimag.ge/%e1%83%a1%e1%83%90%e1%83%9a%e1%83%90%e1%83%9b-%e1%83%a1%e1%83%90%e1%83%a0%e1%83%95%e1%83%90%e1%83%9c%e1%83%98-%e1%83%9a%e1%83%94%e1%83%a5%e1%83%a1%e1%83%94%e1%83%91%e1%83%98/