Ramiz Rövşən yaradıcılığı Almaniya ədəbiyyat portalında
18 Mart 2022 aztc.gov.az_623463c952e66

Almaniyanın populyar Aphorismen.de” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Ramiz Rövşənin “İlan balası” şeirinin və poeziyasından seçmə misraların yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan materialın alman dilinə sətri tərcümə müəllifi – Mərkəzin alman dili tərcüməçisi Məryəm Səmədova, bədii redaktoru – Tomas Şefterdir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən Aphorismen.de” müntəzəm olaraq səhifələrində SokratDemokrit, Çarlz DikkensYunis Əmrə, Yohann Volfqanq HöteTeodor Fontane kimi dünya şöhrətli filosofların, yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

https://www.aphorismen.de/autoren/person/11630/Ramiz+Rovshan
https://www.aphorismen.de/suche?f_autor=11630_Ramiz+Rovshan