Qolsuorsinin əsərləri Açıq “kitab”da
13 Oktyabr 2022 qolsuorsi

XX əsr ingilis ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, Nobel mükafatı laureatı Con Qolsuorsinin “Ölümdən güclü” romanı, “Dözümlü adam” povesti, “Birincilər və axrıncılar”, “Ədavət”, “Alma çiçəkləri”, “Məğlubiyyət”, “Vicdan”, “İki baxış” və digər hekayələri “Açıq kitab” ödənişsiz elektron portalına yüklənildi.

Kitabxana izləyiciləri portalın “Dünya ədəbiyyatı” bölümünün “Avropa ədəbiyyatı” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.