Per Lagerkvistin əsərləri “Açıq kitab”da
13 Oktyabr 2023 Manshet

XX əsr İsveç ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair, dramaturq, Nobel mükafatı laureatı Per Fabian Lagerkvistin “Cırtdan”, “Varavva” romanları, “Sivilla”, “Əbədiyyətin təbəssümü”, “Mariamna”, “Cəllad”, “Dünyada qonaq” povestləri, “Xilaskar Yuhan”, “Moris Fleri”, “Qəhrəmanın ölümü”, “Zirzəmidə”, “Cənnət” və digər hekayələri “Açıq kitab” ödənişsiz elektron portalına yüklənildi.

Kitabxana izləyiciləri portalın “Dünya ədəbiyyatı” bölümünün “Avropa ədəbiyyatı” rəfinə daxil olaraq əsərlərdən ödənişsiz yararlana bilərlər.

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.