XX əsr Braziliya ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair Paulo Koelyonun “Kimyagər”, “Maktub”, “Beşinci Dağ”, “İşıq savaşçısının kitabı”, “Şeytan və Senyorita Prim”, “Rio – Pyedranın sahilində oturub ağladım” romanları, “Milad nağılı” və “Məryəmin təlxəyi” hekayələri “Açıq kitab” ödənişsiz elektron portalına yüklənildi.
Kitabxana izləyiciləri portalın “Dünya ədəbiyyatı” bölümünün “Amerika ədəbiyyatı” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.
P.S.
“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.