Nizami Gəncəvi yaradıcılığı Argentina ədəbiyyat portalında
31 May 2024 Manşet

Argentinanın populyar “Antología poética” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin ispan dilinə tərcümə olunmuş “Yeddi gözəl” poemasından “Peyğəmbərin mədhi” hissəsinin yayınına başlayıb.

Şairin əsəri və yaradıcılığı haqqında məlumat portalın Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Azərbaycan müəllifləri” bölümündə yer alıb.

Əsərin ispan dilinə tərcümə müəllifi – tanınmış ispan tərcüməçisi, filoloq Karmen Linaresdir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portal mütəmadi olaraq səhifələrində Ömər XəyyamViktor HüqoEdqar Allan PoAleksandr BlokEmili DikinsonBoris PasternakFederiko Qarsia LorkaFridrix ŞillerQustavo Adolfo BekkerXorxe Luis BorxesXulio KortasarPablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır. 

 

Nizami Gəncəvi

(1141-1209)

 

●      Şair-filosof;

●      20 min beytlik divanının, beş poemadan ibarət “Xəmsə”nin (“Beşlik”) müəllifi;  

●      Əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib;

●      Nadir əlyazma nüsxələri dünyanın bir çox muzeylərində, kitabxanalarında və əlyazmaları fondlarında qorunub saxlanılır;

●      2021-ci ildə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilmişdi.

 

 

https://www.antologiapoetica.com.ar/