Nəcib Məhfuzun “Bildirçin və payız” kitabı çapdan çıxdı
6 May 2016 esas_img_3831.jpg_572c8b5aa9de5

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Bildirçin və payız” kitabı işıq üzü görüb.

Kitaba dünya şöhrətli Misir yazıçısı, müasir ərəb ədəbiyyatının banisi, Şərq ədəbiyyatının ilk Nobel mükafatı laureatı Nəcib Məhfuzun “Bildirçin və payız” romanı, “Zülmət gecədən işıqlı sabaha” povesti və hekayələri daxil edilib.

Əsərləri dilimizə Şahin Ələsgərov tərcümə edib.