Dövlət Tərcümə Mərkəzi Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində “Müsəlman Şərqinin ilk operası – Leyli və Məcnun” adlı tanıtım videoçarxı hazırlayıb. İngilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində beynəlxalq internet məkanında yayınlanacaq videoçarx dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən, Azərbaycan poeziyasının sütunlarından sayılan Məhəmməd Füzulinin məşhur “Leyli və Məcnun” poemasının motivləri əsasında yazılmış 4 pərdəli, 6 şəkilli operanın yaranma tarixçəsindən, dünya musiqi tarixinə müsəlman Şərqinin ilk operası kimi həkk edilməsindən bəhs edir.