Musa Yaqubun şeirləri Rusiya ədəbiyyat portalında
12 Noyabr 2021 whatsapp_image_2021-11-12_at_10.25.54_618e0be18c859

Rusiyanın populyar “Ollam.ru” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) Azərbaycanın Xalq şairi Musa Yaqubun rus dilinə tərcümə olunmuş “Həsrət adası” və “Sənin ürəyində” şeirlərinin yayınına başlayıb.

  Şeirlərin rus dilinə tərcümə müəllifi – tanınmış Rusiya şairi və tərcüməçisi Ravil Buxarayevdir.

    Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən portal, mütəmadi olaraq səhifələrində A.Puşkin, N.Nekrasov, M.Lermontov, A.Blok, S.Yesenin, A.Axmatova kimi dünya şöhrətli şairlərin yaradıcılığını işıqlandırır.

 

https://ollam.ru/blogs/literatura-az/stihi-musy-yaguba