Mir Cəlal yaradıcılığı Almaniya ədəbiyyat jurnalında
18 Oktyabr 2023 Manshet_651bba847f399-min

Almaniyanın populyar  “Signaturen.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın alman dilinə tərcümə edilmiş “Dissertasiya” hekayəsinin yayınına başlayıb.

Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri – tanınmış alman tərcüməçisi Hans-Jürgen Maurer  alman dili mütəxəssisi Elgün Niftəliyevdir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən  izlənən “Signaturen.de” elektron ədəbiy­yat jurna­lı mütəmadi olaraq səhifələrində Andreas Qrifius, Frans Kafka, Kristian Morgenştern, Pablo Neruda, Stefan Malarme kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

 

Mir Cəlal

(1908-1978)

·   Yazıçı, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq;

·   1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Əndəbil kəndində anadan olub;

·   “Boy”, “Bostan oğrusu”, “Gözün aydın”, “Dirilən adam”,  “Bir gəncin manifesti”, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər”, “Yolumuz hayanadır?” nəsr kitablarının müəllifidir;

·   Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb;

·   Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.