Mikayıl Müşfiq və Əli Kərim yaradıcılığı İspaniya elektron ədəbiyyat jurnalında
25 Yanvar 2022 manshet_2_61eff02bd0dec

İspaniyanın populyar “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində istedadlı Azərbaycan şairləri Mikayıl Müşfiqin və Əli Kərimin ispan dilinə tərcümə olunmuş şeirlərinin və yaradıcılığı haqqında məlumatın yayınına başlayıb.

Mikayıl Müşfiq poeziyasının şah əsərləri sayılan “Küləklər”“Yenə o bağ olaydı”, Əli Kərimin məşhur “Qış günündə”  “Daş” şeirlərinin ispan dilinə sətri tərcümə müəllifi – Tutuxanım Yunusova, bədii tərcümə müəllifi – tanınmış ispan tərcüməçisi Raul Poggi Alexandrodur.

Qeyd edək ki, “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində İzabella Berd, Tomas Mann, Qabriel Qarsia Markes, Mario Varqas Lyosa, Blanka Andreu kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

https://www.babab.com/2022/01/17/

https://www.babab.com/2022/01/10/