Məşhur Vaja Pşavelanın “İlanyeyən” kitabı Azərbaycanda
23 May 2022 manshet_628b618988013

Azərbaycan Dövlət Tərcümə Mərkəzi yanında Tərcümə Agentliyi ilə Gürcüstan Yazıçılar Evinin birgə əməkdaşlığı çərçivəsində Gürcüstan ədəbiyyatının görkəmli siması, şair, yazıçı, dramaturq Vaja Pşavelanın “İlanyeyən” kitabı işıq üzü görüb.

Şairin “İlanyeyən”“Aluda ketelauri”“Qonaq və ev sahibi” kimi məşhur  poemaları və şeirləri daxil edilmiş kitabın Azərbaycan dilinə tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədli, redaktoru Şəfiqə Şəfadır.

 

 

 

Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Baku Book Centre”

“Çıraq” kitab evi

Prezident Aparatının Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü.