Merimenin əsərləri “Açıq kitab” da
12 May 2022 prosper_merimee_achiqkitab

XIX əsr Fransa ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Prosper Merimenin  “Mateo Falkano”, “İstehkamın alınması” novellaları və “Etrusk vazası”, “Məhəbbət ilahəsi”, “Tamanqo”, “Karmen” povestləri “Açıq kitab” ödənişsiz elektron portalına yüklənildi.

Kitabxana izləyiciləri portalın “Dünya ədəbiyyatı” bölümünün “Avropa ədəbiyyatı” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.