Məhəmməd Hadinin əsərləri “Açıq kitab”da
10 Avqust 2020 manshet-min_1

Görkəmli şair, publisist, tərcüməçi Məhəmməd Hadinin “Beşikdən məzara qədər bəşərin əhvalı”, “İranlı qardaşlarıma”, “İnsanların tarixi faciələri, yaxud əhvali-intibah” poemaları, “Ayrılıq dəqiqələri”, “Dilək ölməz”, “Ulduzlara doğru” şeirləri və digər əsərləri “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

Kitabxana izləyiciləri “Azərbaycan ədəbiyyatı” bölümünün “Müasir ədəbiyyat” rəfinə daxil ola və əsərlərdən yararlana bilərlər.

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.