Maksim Qorkinin əsərləri “Açıq kitab”da
6 Noyabr 2023 Manshet

XX əsr rus ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist Maksim Qorkinin “Ana” romanı, “İzergil qarı”, “Makar Çudar”, “Şahin nəğməsi”, “Çelkaş”, “İnsanın doğulması”, “Nakam məhəbbət”, “Bir eşq macərası” və digər hekayələri “Açıq kitab” ödənişsiz elektron portalına yüklənildi.

Kitabxana izləyiciləri portalın “Dünya ədəbiyyatı” bölümünün “Avropa ədəbiyyatı” rəfinə daxil olaraq əsərlərdən ödənişsiz yararlana bilərlər.

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.