Leyla Əliyevanın şeirləri Çili ədəbiyyat jurnalında
11 May 2022 manshet_son_6281f96a1000d

Çilinin populyar “Ærea. İspan – Amerika poeziyası” (“Ærea. Revista Hispanoamericana de Poesía”) jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində istedadlı Azərbaycan şairi Leyla Əliyevanın ispan dilinə tərcümə olunmuş “Gedim bir az ağlayım”“Tərk edə bilmərəm heç zaman səni” və “İnanmıram” şeirlərini nəşr edib.

Şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan şeirlərin ispan dilinə sətri tərcümə müəllifi – Tutuxanım Yunusova, bədii tərcümə redaktoru – tanınmış Argentina tərcüməçisi Raul Poggi Alexandrodur.

Qeyd edək ki, 2001-ci ildən nəşrə başlamış, Eduardo EspinaMonika Velaskes QusmanKarlos AquasakoLeonel AlvaradoLuis BenitesViktor Koral kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırmaqla İspaniya və Kolumbiyada geniş oxucu auditoriyası toplamış jurnal ABŞ və digər ölkələrin ali təhsil ocaqlarında əlavə dərs vəsaiti kimi tədris proqramlarına da salınır.

Jurnalının baş redaktoru – tanınmış Argentina şairi Daniel Kalabresedir.

http://www.aepoesia.com/p/inicio.html