Jorji Amadunun əsərləri “Açıq kitab” da
18 Noyabr 2022 achiqkitab_4_1

XX əsr Braziliya ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, jurnalist, siyasi xadim Jorji Amadunun “Qum dəryasının kapitanları”, “Möcüzələr dükanı” romanları, “Zolaqlı pişik və Göycə Qaranquş” povesti və “Piranyansda möcüzə” hekayəsi “Açıq kitab” ödənişsiz elektron portalına yüklənildi.

Kitabxana izləyiciləri portalın “Dünya ədəbiyyatı” bölümünün “Amerika ədəbiyyatı” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.