Dövlət Tərcümə Mərkəzi yeni nəşrini – zəngin ədəbi ənənəli İsveç ədəbiyyatının seçmə nümunələrinin toplandığı “İsveç nəsr antologiyası” kitabını ərsəyə gətirib.
İsveç nəsrinin Avqust Strindberq, Ernst Alqren, Selma Lagerlöf, Verner Fon Heydenstam, Per Hallström, Yalmar Syöderberq, Albert Enqström, Yalmar Berqman, Dan Anderson, Per Lagerkvist, Vilhelm Muberq, Eyvind Yonson, Harri Martinson, Lüdviq Nordström, Artur Lundkvist, Astrid Lindqren, İnqmar Berqman, Stiq Dagerman, Tumas Tranströmer, Ulf Stark, Marqareta Ekström, Eva Qabrielsson, Niklas Rodström, Stiq Larsson, Oke Edvardson, İnger Edelfeldt, Tove Alsterdal, Sesilya Davidson, Melker İnqe Qaray kimi dünyaşöhrətli yazıçılarının və müasir müəlliflərinin əsərlərinin daxil edildiyi nəfis tərtibatlı kitabın layihə rəhbəri – Xalq yazıçısı Afaq Məsud, ön sözünün müəllifi – yazıçı Etimad Başkeçid, əsərlərin tərcümə müəllifləri – tanınmış yazıçı və bədii tərcümə ustaları – Saday Budaqlı, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, Bəhlul Abbasov, İlqar Əlfi, Mahir Qarayev, Səməd Qaraçöp, Rəbiqə Nazimqızı, Şəfiqə Şəfa, Selcan Məmmədli, redaktoru – Mahir Qarayevdir.
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Centre”
“Çıraq” kitab evi
Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi