İsa İsmayılzadə yaradıcılığı Türkiyə ədəbiyyat portalında
9 İyun 2021 isa_ismayilzad_1_60c069788b6c6

 Türkiyənin populyar Erikagacioyku.com (“Alça ağacı”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi İsa İsmayılzadənin türk dilinə tərcümə edilmiş “Tanış olmaq istəyirəm”, “Gölməçələr”, “Həsrət” kimi şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

    2015-ci ildən fəaliyyət göstərən portal ötən ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın klassik və müasir ədəbiyyatının seçmə nümunələrini işıqlandıran “Azərbaycan ədəbiyyatı” bölməsinin yayınına başlayıb.

 

https://erikagacioyku.com/2021/05/24/isa-ismailzade-1941