İkicildlik “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası Moskvada işıq üzü gördü
30 Noyabr 2015 antologiya_565bf492852a5_576d35816fa19


Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildlik "Müasir Azərbaycan ədəbiyyatı" (nəsr və poeziya) antologiyası işıq üzü görüb. Moskvanın "U Nikitskix vorot" nəşriyyatı tərəfindən nəfis tərtibatla nəşr olunmuş ikicildlikdə Azərbaycanın məşhur yazıçı və şairləri ilə yanaşı, müasir ədəbi gəncliyin nümayəndələri də təmsil olunur.

İkicildlik, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması və təbliği ilə bağlı Mərkəzin həyata keçirdiyi irimiqyaslı "Milli Ədəbiyyatın Təbliği" layihəsi çərçivəsində nəşr olunmuşdur. Hər iki kitabın önsözünün müəllifi, Rusiya Yazıçılar Birliyinin sədr müavini, tanınmış yazıçısı Valeri İvanov-Taqanskidir.

Kitabların təqdimat mərasiminin yaxın vaxtlarda Rusiya Yazıçılar Birliyinin iştirakı ilə Moskvada keçiriləcəyi nəzərdə tutulur.