İkicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" (poeziya və nəsr) işıq üzü gördü
16 Yanvar 2017 img_6536.jpg_587ca9cb13a17_1

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – ikicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" kitabı işıq üzü görüb.

İlk ədəbi nümunələri ilə Azərbaycan ədəbiyyatı tarixinin əsasını qoymuş Xaqani, Nizami Gəncəvi, Füzuli, İ.Qutqaşınlı, M.F.Axundzadə kimi klassiklərdən üzübəri yazıb-yaratmış tanınmış ədiblərin şeir və hekayələri, həyat və yaradıcılığı haqqında məlumatlar yer alan irihəcmli, akademik nəşr elm, ədəbiyyat, incəsənət, təhsil və tədris sahəsi ilə yanaşı, geniş oxucu kütləsi üçün də nəzərdə tutulub.

Kitabın baş redaktoru Afaq Məsud, ön sözünün müəllifi Nizami Cəfərovdur.