“Heydər Əliyev İli”nə həsr olunmuş kitab sərgisi keçirilib
19 İyun 2023 100_il_Manshet.JPG_648c5be0a32df

ADTM Tərcümə Agentliyinin təşkilatçılığı ilə 13-15 iyun tarixlərində şəhərin mərkəzi Sabir bağında müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib.

Kitaba, mütaliəyə sevgi aşılanması, oxucu zövqünün formalaşdırılması niyyətini  daşıyan sərgi çərçivəsində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin müxtəlif dövrlərdə ərsəyə gətirdiyi yerli və xarici nəşrlərin, dünya ədəbiyyatı nümunələrinin, Azərbaycanın klassik və müasir ədəbiyyatlarının, uşaq ədəbiyyatı və ensiklopediyaların, lüğət və sözlüklərin nümayişi və güzəştli satışı həyata keçirilib, Saday Budaqlı, İlqar Əlfioğlu, Nəriman Əbdülrəhmanlı, Mahir N.Qarayev,  Rəbiqə Nazimqızı, Etimad Başkeçid, Salam Sarvan kimi tanınmış yazıçı və şairlərlə görüşlər, imza günləri təşkil edilib.