Fransanın yeni səfiri Tərcümə Mərkəzində
16 Dekabr 2019 manshet

 

Dekabrın 16-da Fransanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qroilə Azərbaycanda Fransa İnstitutunun direktoru Moris Rufin Dövlət Tərcümə Mərkəzində olublar. Görüş zamanı Fransa–Azərbaycan ədəbi əlaqələri üzrə görülən işlər, nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb. Bu il fransız dilinə çevrilərək Strasburqda nəşr edilmiş Azərbaycan ədəbiyyatı antologiyası, kitaba dair şəhərin mərkəzi Kitab Evində keçirilmiş geniş təqdimat mərasimi, həmçinin Jan AnuyŞarl BodlerPol VerlenAndre MoruaAlber KamüFransua MoriakArtur Rembo kimi tanınmış Fransa yazıçı və şairlərinin əsərlərinin müxtəlif illərdə Azərbaycan dilində nəşri ilə bağlı məlumat verilib. Daha sonra Azərbaycan ədəbiyyatının Fransada tanıdılması və yayımı, eləcə də Fransa ədəbiyyatı ilə Azərbaycan oxucusunun tanış edilməsi istiqamətində nəzərdə tutulan perspektiv layihələr müzakirə edilib.

Görüşün sonunda səfirə Fransada nəşr olunan “Azərbaycan ədəbiyyatı antologiyası”Patrik Modianonun “Seçilmiş əsərləri” və Mərkəzin son nəşrlərindən olan A.Moruanın “Vəsiyyətnamə” kitabları hədiyyə edilib.