Folknerin əsərləri “Açıq kitab” da
17 May 2022 achiqkitab_3

XX əsr Amerika ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, Nobel mükafatı laureatı Uilyam Folknerin “Avqust işiğı” romanı, “İki əsgər”, “Quraq sentyabr”, “Emili üçün qızılgül”, “O gün şər qarışanda” hekayələri, nitq və müsahibələri “Açıq kitab” ödənişsiz elektron portalına yüklənildi.

Kitabxana izləyiciləri portalın “Dünya ədəbiyyatı” bölümünün “Amerika ədəbiyyatı” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.