Fərman Kərimzadənin hekayəsi İordaniya ədəbiyyat jurnalında
14 Mart 2022 manshet_ferman_kerimzade_622ef537429f4

İordaniya Krallığı Mədəniyyət Nazirliyinin “Əfkar” ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Fərman Kərimzadənin “Bir ürək yanmalıdır” hekayəsini dərc edib.

Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi – tanınmış Misir tərcüməçisi Əhməd Sami Elaydidir.

Qeyd edək ki, 1966-cı ildən nəşr olunan jurnal mütəmadi olaraq sahifələrində Aleksandr DümaQabriel Qarsia MarkesXorxe Luis BorxesMario Varqas Lyosa kimi dünya şöhrətli yazıçıların yaradıcılığını işıqlandırır.

Keçid linki:

http://www.afkar.jo/View_Articlear.aspx