Ernesto Çe Gevaranın "Boliviya gündəliyi" çapdan çıxdı
13 Noyabr 2015 che_56457fa3c7a40

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Tərcümə Mərkəzinin kitabları" seriyasından növbəti nəşri - Ernesto Çe Gevaranın "Boliviya gündəliyi" kitabı işıq üzü görüb.

Kitab Kuba azadlıq inqilabının simvolu, XX əsrin əfsanəsi Çe Gevaranın yarımçıq qalmış ömründən, bu keşməkeşli həyat yolunun son on bir ayından - qəhrəman inqilabçının və onun silahdaşlarının Boliviyanın azadlığı uğrunda apardıqları ölüm-dirim savaşlarından bəhs edir.

Əsəri dilimizə Rövşən Ramizoğlu tərcümə edib.