Əlimərdan bəy Topçubaşovun məqalələr toplusu “Açıq kitab”da
27 May 2019 alimardan_1

 

Çoxmilyonlu türk-müsəlman xalqlarının lideri, Azərbaycan Cümhuriyyətinin ideya atalarından biri, görkəmli siyasi xadim Əlimərdan bəy Topçubaşovun siyasi-publisistik irsi – məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, araşdırmaları, bədii publisistikası toplanmış “Əlimərdan bəy Topçubaşov: “Xalqımızın müstəqil yaşayacağına inanırdıq” (Azərbaycan Dövlət Tərcümə Mərkəzi – 2018-ci il) kitabı “Açıq kitab” elektron kitabxanasına yerləşdirilib.

Saytın “Elmi-siyasi ədəbiyyat” bölümünə daxil olaraq kitabdan yararlanmaq mümkündür.