Əliağa Kürçaylı yaradıcılığı Belarus ədəbiyyat portalında
25 Avqust 2021 aliaga_kurchayli_4__6125e2dbdb3fd

Belarusun populyar “Stihi.by” ədəbiyyat portalı görkəmli Azərbaycan şairi Əliağa Kürçaylının, rus dilinə tərcümə olunmuş “Etiraf”“Elə bil dəniz də insandır”“Yoluma işıq çıxdı” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

   Şeirlərin rus dilinə tərcümə müəllifi – tanınmış Azərbaycan tərcüməçisi, şair Vladimir Qafarovdur.

  Qeyd edək ki, bu ildən fəaliyyətə başlamış portal öz səhifələrində əsasən müasir dünya poeziyası nümunələrinin rus və belarus dilində tərcümələrini işıqlandırır.

https://stihi.by/stihi-o-jizni/stihi-aliagi-kyurchajly/