Elçinin hekayəsi Gürcüstan ədəbiyyat portalında
29 Dekabr 2021 manshet-aztc__61cc2360aff78

Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin “1TV.Eleqtroliti” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində Xalq yazıçısı Elçinin gürcü dilinə tərcümə olunmuş “Qatar. Pikasso. Latur. 1968.” hekayəsinin yayınına başlayıb.

    Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin gürcü dilinə tərcümə müəllifi – Dövlət Tərcümə Mərkəzinin gürcü dili üzrə mütəxəssisi, yazıçı-tərcüməçi İmir Məmmədlidir.

     Qeyd edək ki, 2017-ci ildən fəaliyyət göstərən portal Ömər Xəyyam, Cəlaləddin Rumi, Pol Verlen, Artur Rembo, Filip Dik, Tomas Vulf, Rudolf Lapert, Leo Pere,  Con Çiver, En Enrayit, Herta Müller, Hans Maqnus Enserberqer,  Olqa Tokarçuk, Jorj Brasens, Esme Varnq, Peter Handke, Lusi Fleçer, Lores Ferlinget,  Jak Brel, Lev Rubinşteyn, Con Maksvell Kutzee, Norbert Humelt, Syuzen Zontaq, Frans Holler kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

https://1tv.ge/eleqtroliti/
https://1tv.ge/elit/matarebeli-pikaso-laturi/