Dünya liderləri Heydər Əliyev haqqında
7 İyul 2023 he_about_mansett_64899671721d9

Dövlət Tərcümə Mərkəzi 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə dünyanın məşhur siyasi xadimlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında səsləndirdiyi fikirləri əks etdirən “Dünya liderləri Heydər Əliyev haqqında” adlı sənədli videoçarxın yayınına başlayıb.

Beynəlxalq internet məkanında Azərbaycan, ingilis, türk, rus, ispan, fransız, italyan, alman, gürcü, ərəb, ukrain dillərində yer alan videoçarxın dünyanın bir çox aparıcı sayt və portalları tərəfindən yayınlanacağı nəzərdə tutulur.