Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə təşkil etdiyi Seçim Turlarının növbəti mərhələsinə start verdi.
Turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq sahəsi və dillər üzrə ixtisaslaşmış mütəxəssislərin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.
Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlərin bu ilin aprel ayının 30-dək Mərkəzin info@aztc.gov.az ünvanına göndərilməsi, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməsi vacibdir.
Qeydiyyat üçün tələb olunan sənədlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti;
2. CV
Qeyd: 1. Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və sahə qeyd edilməlidir.
2. Seçim turlarında iştirak ödənişlidir.
Əlaqə telefonu: (+994 12) 595-10-69 (daxili nömrə 107)