Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
28 Sentyabr 2019 manshet_secim_5d8ee57234f68

 

Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə təşkil etdiyi Seçim Turlarının növbəti mərhələsinə start verdi.

Turlar müxtəlif əcnəbi dillər və sahələr (ictimai-siyasi, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və s.) üzrə ixtisaslaşmış mütəxəssislərin peşə qabiliyyətinin mərhələlər üzrə yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak etmək üçün aşağıda qeyd olunan sənədlər bu ilin oktyabr ayının 30-dək Mərkəzin info@aztc.gov.az  ünvanına göndərilməli, yaxud kağız formatında Dövlət Tərcümə Mərkəzi – Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilməlidir.

 

Qeydiyyat üçün tələb olunan sənədlər:

  1. Şəxsiyyət vəsiqəsinin surəti
  2. CV
  3. 2 ədəd fotoşəkil

           Qeyd:  Mərkəzin elektron ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və sahə qeyd edilməlidir;

           Seçim turlarında iştirak ödənişlidir.

           Əlaqə telefonu: (+994 12) 595-10-69 (daxili nömrə 107)