“Dövlət Tərcümə Mərkəzi – 2014–2019-cu illər” kataloqu nəşr olunub
7 Yanvar 2020 kataloq_man

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin beşillik (2014–2019-cu illər) fəaliyyətini əks etdirən “Dövlət Tərcümə Mərkəzi – 2014–2019-cu illər” adlı tanıtım-kataloqu işıq üzü görüb. Kataloqa qurumun son beş ildə ərsəyə gətirdiyi yerli və beynəlxalq layihələr – dövlət dilindən istifadə, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, tədris, lüğətçilik, KİV, dublyaj, nəşriyyat və s. sahələrdə dil və tərcümənin tətbiqi üzrə aparılan monitorinqlər, dünya ədəbiyyatının Azərbaycanda, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirilən tədbirlər, görüş və təqdimatlar, Azərbaycan ədəbiyyatı nümunələrinin, eləcə də Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması ilə bağlı internet məkanında görülən işlər və digər materiallar daxil edilib. Geniş məlumatlar və fotolarla tərtib olunmuş kataloq son beş ildə Mərkəz tərəfindən həyata keçirilən işlərin ümumi mənzərəsini əks etdirməklə yanaşı, qurumun fəaliyyəti ilə yaxından tanış olmaq imkanı yaradır.